Rusiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)

Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatmışdır.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00