Erməni tərəfdən danişiqlar görüntü xatirinə aparılır - ÖZƏL

"Rusiya rəhbərliyi yenə də hiyləyə əl atmağa başlayib. İndi blef yox, hoqqabazliq edirlər. Guya ki, Ermənistan höküməti danişiqlari dayandirmaği haqda fikirlər səsləndirirlər". "Olaylar"ın məlumatına görə, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, nə zaman Paşinyan və ya diğər erməni rəhbərləri öz başlarina iş görüblər: "Əgər ermənilər özləri sərbəst hər hansı qərar versəydilər, çıxış yolunu çoxdan tapmışdılar. Oyun  köhnə həmən oyundu. Bütün dünya yaxşi bilir ki, erməni tərəfdən danişiqlar görüntü xatirinə aparılır. Danişiqlari ruslar və rus hərbi ekspertləri aparir, ermənilər ancaq rusun əl oyuncağidir. Ona görə də bu məkrli planin tərs üzü var. Ehtiyatli olmaq, hətta indi daha səbrlə hərəkət etmək lazimdir.Yaxın zamanlarda sülh müqaviləsi olmasa, Azərbaycan daha da qabaqlayıcı addımlar atmalıdır. Belə getsə, müharibə qaçilmaz olacaq, biz ordumuzun gücünə inandiq, gördük. Onda daha irəli getmək, əbədi əzəli torpaqlarımızın qaytarılması baş verəcək. Başlasaq  birdəfəlik bitirəcıyik. Necə ki, buranı addım-addım bitirmək üzrəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31