“Bu çıxışlar üçün göstəriş verənlər...” – Vahid Əhmədov tənqidlərə cavab verdi
25 Aprel 2023 15:51 Siyasət"Mən uzun müddətdir ki, millət vəkili, dövlət rəhbərliyində çalışan biri kimi dövlətin mövqeyini müdafiə etmişəm".
Olaylar.az Sfera.a-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov deyib. Millət vəkili onu qınayan həmkarlarına daim dövlətin yanında olduğunu xatırladıb:
"Bu gün parlamentdə əleyhimə olan çıxışlarla bağlı göstərişi verənlərə bunu demək istəyirəm ki, mən həmişə dövlətin yanında olmuşam. Mən İntizam Komissiyasının bütün suallarına cavab verməyə hazıram".
Deputat dediklərində haqlı olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31