Erməni politoloq: Rusiya Ermənistana “qamçı” göstərməyə başlayıb
Ermənistan rəhbərliyinə mümkün daxili təzyiq imkanlarını itirən Rusiya xarici rıçaqlardan yararlanır
13 Avqust 2013 19:30 SiyasətErmənilərin Rusiyadan deportasiya edilməsi Avropa İttifaqı ilə Assosiasiya haqqında Sazişin qarşıdan gələn paraflanması ərəfəsində təzyiq vasitəsidir. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə erməni politoloq Aqasi Yenokyan bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinə mümkün daxili təzyiq imkanlarını itirən Rusiya xarici rıçaqlardan yararlanır: Ermənistan üçün qazın qiymətini qaldırır, Azərbaycana silah satışı ətrafında səs-küyü artırır, Ermənistan vətəndaşlarını Rusiyadan deportasiya edir. "Başqa sözlə, Rusiya Ermənistanla münasibətlərdə "qamçı" nümayiş etdirməyə başlayıb",- deyə poltoloq vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00