Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib
13 Avqust 2013 18:31 SiyasətAzərTAc xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00