Azərbaycan Gömrük İttifaqına qoşulmaq təhlükəsi qarşısında qalıb

Cümşüd Nuriyev: “Müxalifətin Putinə olan hücumlarının arxasında o məqam dayanır ki, RF başçısı Milli Şuranı Rusiyanın milli maraqlarına qurban verib”

"Milli Şura yaradılanda bir neçə siyasətçi onun Rusiyanın Azərbaycan iqtidarına qarşı istifadə edəcəyi sərt layihəsi olduğunu bildirmişdi. Məqsəd müxalifəti ayıltmaq idi. Müxalifət isə həmin siyasətçiləri təhqir etmək üsuluna üstünlük verdilər. Milli Şura və AXCP pul vasitəsilə bəzi siyasətçiləri təhqir etmək üçün pulla xüsusi qruplar yaradıblar. Həmin qrupları idarə edənlərin bir hissəsi ölkədə, bir hissəsi isə xaricdən idarə olunur. Onlara verilən siyahıda kimlərin adları varsa, həmin adamları təhqir edib, söyürlər". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev hesab edir ki, RATİ və Milli Şura yaradılanda buradakı bir qrup adamlar, hazır kababa yox, kabab iyinə qurumların ətrafına yığıldılar. Onların yüksək  təminatı olduğu üçün əvvəlcədən bu addımı atmağa hazır idilər. Politoloq qeyd etdi ki, Milli Şurada təmsil olunan həmin adamlara külli miqdarda maddi vəsait ayrılıb: "Birdən-birə Milli Şura daxilində həmin adamların xaricə səfərlərinin baş tutması həmin şübhələri açıqlığı ilə ortaya qoydu. Rusiya tərəfindən ayrılmış 20 milyon dollar Eldar Namazovun əlində idi. Eldar Namazov söz sahibi etmək üçün Rüstəm İbrahimbəyovu nişangah kimi qabağa verməklə bütün atəşləri rejissora yönəldib politoloqun kənarda saxlanılması Rusiya texnoloqlarının hazırladığı ssenaridir. Putin isə keçmiş KQB-nin əməkdaşı olub və öz işinin peşəkarıdır. O, bu yolla Azərbaycan müxalifətini yoxladı. Müxalifətin namizədi İsa Qəmbər olmalı idi, çünki Müsavat başqanı Rusiyanın adamı deyil, Qərbə xidmət edir. Rusiyanın Azərbaycanla bağlı planları var. Azərbaycanın Avrasiya İttifaqı və Gömrük Birliyinə qoşulması Kremlin maraqlarını əks etdirir. Başda Eldar Namazov və Rüstəm İbrahimbəyov olmaqla bəzi siyasətçilərin sayəsində Azərbaycan Gömrük İttifaqına qoşulmaq təhlükəsi qarşısında qalıb. Təəssüflər olsun ki, həmin adamlar geri çəkilmədilər. Onları 20 milyon dollardan qoparacaqları pay maraqlandırırdı. Həmin pula onlar Azərbaycanı satdılar. Təsəvvür edin ki, "Azadlıq" qəzeti maliyyə böhranı içərisində boğulurdu, çox maraqlıdır ki, qəfildən qəzet böhranın içərisindən çıxdı. Hansısa usta əl "Azadlıq"ın maliyyə məsələsini həll elədi. Müxalifətin Putinə olan hücumlarının arxasında o məqam dayanır ki, RF başçısı Milli Şuranı Rusiyanın milli maraqlarına qurban verib. Putindən niyə belə etdiyini soruşa bilmirlər, məcburdurlar ki, məsələni media vasitəsilə aydınlaşdırsınlar. Onlar başa düşməli idilər ki, Rusiyanın 200 illik imperiya tarixi var". ("OLAYLAR"İA)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00