Amerikalı həmsədrin dəyişməsi prosesə ciddi təsir etməyəcək
13 Avqust 2013 15:16 Siyasət"ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin dəyişməsi prosesə ciddi təsir etməyəcək". Bunu deyən millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, yeni həmsədr Ceyms Uorlik sadəcə olaraq məmurdur: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətinə elə də böyük təsir imkanları yoxdur. Təbii ki, bu məsələlərin həlli daha yüksək səviyyədəki proseslərdən keçir. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr dövlət katibi, prezident səviyyəsində bu cür məsələlərə dinamika gətirə bilərlər. Yeni həmsədr səviyyəsində isə bu mümkün deyil. Bir sözlə, yeni həmsədrdən heç bir uğurlu nəticə gözləməyə dəyməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00