Avropa İttifaqı ilə danışıqlar Ermənistanı pis vəziyyətdə qoyub

"Gömrük Birliyi Ermənistanın Avropa İttifaqı ilə razılaşmasının qarşısında böyük əngəldir". "Commonspace.eu"ya müsahibə verən Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçaryan belə deyib. Köçaryan ölkəsinin Aİ ilə Sərbəst Ticarət Sazişi barədə razılığa gəlindiyini və müqavilənin sentyabrda Vilnüsdə imzalanacağını bildirib. Nazir müavini qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə razılaşması bu ölkənin Rusiya ilə əlaqələrini ciddi zərər gətirəcək. S.Köçaryan ehtiyatla danışaraq Ermənistanın nə NATO, nə də ki Aİ-yə tamhüquqlu üzv olmaq arzusunda olmadığını bildirib: "Ermənistan sadəcə iqtisadi maraqlar naminə belə bir addımı atmağa məcbur olub". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00