ABŞ Rusiyanın qarşısında dayana bilməyəcək
Elşən Manafov: “Rusiyanın atacağı addımların siyasi səmərəsi Qərb və ABŞ-ı narahat edir”
12 Avqust 2013 17:30 SiyasətPrezident Barak Obama ABŞ-ın sərgilədiyi siyasət fonunda Rusiya prezidenti Vladimir Putini sinif otağının arxa partalarımnda oturan ümidsiz uşağa bənzədib. Politoloq Elşən Manafov hesab edir ki, Putinin hakimiyyəti illərində Rusiya nəhəng enerji resurslarından istifadə edərək Dünya Bankı ilə olan problemləri qaydasına sala bildi, sosial təminat sahəsində müəyyən islahatlar həyata keçirildi, güclü dövlət yaradıldı, infrastrukturun dəyişdiriilməsi istiqamətində planlar həyata keçirildi. Rusiya Yeltsin hakimiyyəti illərində itirdiyi mövqeyini geri qaytarmağı bacardı. RF-nın Şanxay Əməkdaşlağı Təşkilatı, xüsusilə də Çinlə qurduğu əlaqələrdən sonra ABŞ-ın dünyada birqütblü siyasi sistem yaratmaq cəhdləri fiaskoya uğramağa başladı. E.Manafovun sözlərinə görə Ağ Ev başa düşdü ki, ABŞ Rusiya və Çin qarşısında planlarını həyata keçirə bilməyəcək: "Putin ölkəsinin nəhəng enerji resurslarına istinad edərək Avropanı Rusiyadan asılı vəziyyətə sala bilib. ABŞ-ı narahat edən digər faktor MDB çərçivəsində Rusiya özünü favorit dövlət kimi sübut etməsidir. Kreml MDB-də Avrasiya İttifaqı və Gömrük Birliyi kimi Avropa İttifaqına alternativ olacaq qurumun yaradılmasına çalışır. Təbii ki, Rusiyanın atacağı addımların siyasi səmərəsi Qərb və ABŞ-ı narahat edir. Navalnı kimi ABŞ-a xidmət edən siyasətçilərin fiaskoya uğramasından sonra məlum oldu ki, Rusiyanın yaxın perspektivdə indiki hərbi, siyasi və iqtisadi relslər üzərindən kənara çıxarmaq çətin olacaq. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra məlum oldu ki, Rusiya nə Cənubi Qafqazda, nə də MDB-nin digər bölgələrində ABŞ-la müqayisədə heç də geri çəkilmək niyyətində deyil. Obamanın açıqlaması sadəcə ABŞ-ın Rusiyaya təzyiq formalarından biridir. Rusiyanın ABŞ-ın təzyiqlərinə duruş gətirməsinə geniş imkanları var. ABŞ-ın Çin, Rusiya və ŞƏT ölkələrinə təzyiqlər edərək hər hansı uğur əldə edəcəyi inandırıcı görünmür. O da məlum oldu ki, İranın yeni prezidenti Həsən Ruhani Qərbin fikirləşdiyi kimi islahatçı deyil. Ruhaninin İsrail və İranın nüvə proqramından geri çəkilməyəcəyi ilə bağlı bəyanatları göstərir ki, Rusiya, İran və Çin arasında münasibətlər tamam fərqli məcaraya yönəlir. Bu da ABŞ-ın yeni dünya nizamnaməsi ilə bağlı maraqlarına cavab vermir". ("OLAYLAR" İA)