Rüstəm İbrahimbəyov namizəd ola bilməyəcək

Qabil Hüseynli: “Putinin Azərbaycana səfərindən sonra da məsələnin həll ediləcəyi də inandırıcı deyil”

Milli Şura sədrinin təşəbbüs qrupu iclas keçirib və medianın qarşısına çıxaraq Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürüldüyünü elan edib. Sədrin namizədlik sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilib. Politoloq Qabil Hüseynli hesab edir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi Milli Şuranın fəaliyyətini tamamilə çətinləşdirdi. Q.Hüseynli qeyd etdi ki, R.İbrahimbəyovun namizədlik sənədlərinin hamısı qaydasında olmayacaq. Çünki, Şura sədrinin ikili vətəndaşlıq problemi hələ həllini tapmayıb: "İkili vətəndaşlıq məsələsi onun namizədliyinin qeydə alınmasında ən böyük problemlərdən biridir. Problemin yaxın müddətə həlli gözlənilmir. Putinin Azərbaycana səfərindən sonra da məsələnin çözüləcəyi də inandırıcı deyil. Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsinə baxmayaraq, onun qeydə alınması ciddi problemlərlə üzləşəcək. Prosesin uğurla başa çatacağı inandırıcı görünmür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00