Abdullah Gül: Türkiyənin gələcəyi etibarlı əllərdədir

Türkiyənin gələcəyi etibarlı əllərdədir və ölkənin gələcəyinə görə narahat olmağa dəyməz, Trend-in məlumatına görə, bunu Türkiyə Prezdenti Abdullah Gül Ramazan bayramı namazından sonra verdiyi açıqlamada bildirib. Bu haqda Türkiyənin "TRT haber" telekanlı məlumat verib.Türkiyə Prezidenti onu da bildirib ki, ölkədə qanun hər şeydən alidir və bütün vətəndaşlar eyni hüquqa malikdir.Qeyd edək ki, bu gün Türkiyədə Ramazan bayramı qeyd olunur, ölkənin demək olar ki, bütün məscidlərində bayram namazları qılınıb, fitrə zəkatları verilib.Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00