İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı sənədlər MSK-da
6 Avqust 2013 16:50 SiyasətHakim Yeni Azərbaycan Partiyası (YAP) bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd, YAP sədri, Azərbaycan prezidenti İlham Əliyevin seçki sənədlərini bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə məlumatı APA-ya YAP-dan veriblər. Sənədlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-ya təqdim edilib.
Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00