Azərbaycanda dünyaya nümunə ola biləcək inkişaf modeli formalaşıb

"Hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az-a millət vəkili Hadı Rəcəbli səsləndirib. Bildirib ki,  Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb: "Bu, modern Azərbaycan dövləti modelidir. Modern dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycanda sosial müdafiə başlıca yer tutur". Millət vəkili deyib ki,  sosial müdafiədə ünvanlılıq baş xətdir və belə bir əhəmiyyətli sosial kursun təməlini Ulu öndər Heydər Əliyev qoyub: "Məhz bu böyük insanın şəxsiyyəti və xarizması sayəsində adətən, çox ağrılı və əziyyətli olan bu transformasiya-keçid proseslərini Azərbaycan çox ehtiyatlı və ağrısız başa çatdıra bilib. Bu, avropatipli sosial müdafiə modelidir. Burada ilk olaraq dövlət ona nail olur ki, insan özü özünü müdafiə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00