ADP Rusiyameyilli qüvvələrin fəallaşmasından narahatdır
5 Avqust 2013 19:41 SiyasətAzərbaycan Demokrat Partiyası Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri ərəfəsində ölkəmizin Avrasiya İttifaqına qoşulması şərtini irəli sürən ayrı-ayrı rus politoloqlarının səsləndirdiyi bəyanatları qətiyyətlə pisləyir və bu bəyanatları Azərbaycanın müstəqilliyi və suverenliyinə təhdid kimi qiymətləndirir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər ADP İdarə Heyətinin toplantısında səsləndirilib. İdarə heyəti üzvləri Azərbaycanın Avroasiya İttifaqına məşvərətçi səslə qoşulacağı haqqında yayılan məlumatlardan ciddi narahat olduğunu bir daha qeyd edib və ölkənin gələcək inkişafını yalnız Avroatlantik məkana inteqrasiyada gördüyünü bəyan edib. İdarə heyəti üzvləri son vaxtlar orduda baş verən əsgər ölümləri, hərbi hissələrdə yaşanan xoşagəlməz hadisələrin artmasından dolayı narahatlığını bildirib və bu faktların ilk öncə hərbi nizam-intizamın pozulması, kadrların düzgün yerləşdirilməməsi, orduda rüşvət və korrupsiya faktlarının artması faktı ilə bağlı olduğunu bildirib.