Müsavat nədən seçkidə iştiraka israrlıdır?

"Müsavat  Partiyasının bu ilki seçkilərdə israrla iştirakını eşidəndə yadıma 2008-ci il seçkiləri düşür. 2008-ci il prezident seçkilərində Müsavat seçkiləri baykot etmək yolunu tutdu və hətta seçkiyə gedənlərə dayanmadan iftira və şər atmaqdan belə çəkinmədi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib ki,  2008-ci il seçkilərində Azərbaycan Yaşıllar Partiyasının namizədi kimi mən də iştirak qərarı vermişdim: "Müsavat Partiyasının o vaxtkı tərəfdarlarından olan  Qabil Hüseynli ilə məni Azadlıq radiosuna dəvət etdilər. 45 dəqiqəlik verilişdə Qabil Hüseynli dayanmadan Yaşıllar Partiyasının seçkidə iştirakının xəyanət olduğunu sübut etməyə çalışdı. Əlbəttə cavabını da aldı. Bu gün məni bir məsələ xeyli düşündürür. 2008-ci illə müqayisədə 2013-cü il nə ilə fərqlənir ki, Müsavat bu ilki seçkilərdə iştirakda israrlıdır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00