"Rüstəm İbrahimbəyov siyasiləşmiş adam deyil"
5 Avqust 2013 19:31 Siyasət"Rüstəm İbrahimbəyov siyasiləşmiş adam deyil. Əgər o, siyasiləşmiş adam olsaydı, tutaq ki, hər bir təhlükə qarşısında qayıdardı ölkəyə". Belə bir açıqlamanı Milli.Az saytına müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu verib. "Bizim seçdiyimiz liderlər isə tam siyasiləşmədiklərinə görə qorxurlar, çəkinirlər, mümkün qədər təhlükəsiz liderlik etmək istəyirlər. Rəsul Quliyev uzun müddət bizim partiyanın sədri olub və həmin problemləri biz də yaşamışıq", - o əlavə edib. Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyinə inanmadığını deyən S.Cəlaloğlu deyib ki, əvvəllər də o dəfələrlə ölkəyə qayıdacağı barədə bəyanat vermişdi. Həmin qayıdışları müxtəlif bəhanələrlə təxirə salıb. "İndi də çox güman ki, "ciddi bəhanə" tapılacaq və R.İbrahimbəyov Azərbaycana gəlməyəcək", - ADP sədri vurğulayıb.