Müxalifət siyasəti şouya çevirir

Tahir Rzayev : “Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi üçün təhlükə yoxdur”

"Siyasəti şouya çevirmək, gündəmdə qalmaq üçün istənilən hərəkətlərə yol vermək bir çox müxalifətçilərin peşəsidir. Milli Şura və onun prezidentliyə vahid namizədi hesab olunan Rüstəm İbrahimbəyov isə bu baxımdan xüsusilə fərqlənir". Bunu deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, seçki marafonunda dəstəyi Azərbaycan xalqından yox, Amerika, Avropa, Rusiya və başqa ölkələrdən almaq niyyəti ilə meydana atılan Milli Şuranın "başbilənləri" öz arzularını Azərbaycandan kənarda həyata keçirməyə çalışırlar. Azərbaycan xalqına sayğısızlıq, hörmətsizlik edən bu insanlar öz hərəkətləri ilə göstərməyə çalışırlar ki, guya Azərbaycanda demokratik ab-hava, insan hüquqlarına hörmət yoxdur, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır və sair. Buna görə də onları, yəni, Rüstəm İbrahimbəyov kimi "böyük" bir siyasətçinin öz "silahdaşlarını" qonşu dövlətdə-Gürcüstanda ətrafına toplamasını, onlara şou mübarizəsində "ağıllı" yol göstərməsini düzgün və təbii hesab edirəm. Ancaq xalqın iradəsinin, Azərbaycan xalqı və dövlətinin fikirlərinin, mövqeyinin əksinə olan bu hərəkətləri ilə onlar özləri-özlərini gülüş vəziyyətinə salırlar. Çünki bu gün Azərbaycanda heç bir müxalif qüvvəyə qanunla icazə verilən hər hansı bir toplantı keçirməyə, prezident seçkiləri ilə bağlı fikirlərini, düşüncələrini bildirməyə qadağa qoyulmayıb. Ikincisi, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi üçün də təhlükə yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00