VİP sədrinin seçki qərargahı yaradıldı
5 Avqust 2013 19:28 SiyasətVətəndaş və İnkişaf Partiyası Siyasi Şurasının iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, prezident seçkilərinə hazırlıq istiqamətində görülən işlər, eləcə də müxalifətdaxili vəziyyət müzakirə olunub. İclasda çıxış edən VİP sədri Əli Əliyev müxalifətdaxili prosesləri dəyərləndirib və rəhbərlik etdiyi partiyanın bu proseslərdə doğru yol tutduğunu vurğulayıb. Partiyadan bildirilib ki, Siyasi Şuranın iclasında prezidentliyə namizəd VİP sədri Əli Əliyevin seçki qərargahı yaradılıb. Siyasi Şuranın üzvü Billur Hümbətov Əli Əliyevin seçki qərargahının rəhbəri təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00