Müxalifət məsuliyyətdən boyun qaçırmaq üçün “gəlirəm, gəlmirəm” oynunu ortaya atıb
5 Avqust 2013 19:24 Siyasət"Axı, Rüstəm İbrahimbəyova indiyə kimi Azərbaycana gəlib-getməyə kim məane olub ki? Həmişə gəlib-getdiyi Bakıdır da... İndi ona kim mane olur ki, gəlməsin". Bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, sadəcə, bunları gözləyən gələcək uğursuzluqlardan, ətraflarında olan azsaylı insanların qınağından yayınmaq, məsuliyyətdən boyun qaçırmaq üçün "gəlirəm, gəlmirəm" oynunu ortaya atıblar: "Ancaq onu bir daha qəti əminliklə vurğulamaq istəyirəm, İbrahimbəyov istər gəlsin, istər gəlməsin, istərsə də onun əvəzinə İsa Qəmbər və ya digər müxalifət lideri olsun, onlar heç bir uğur əldə edə bilməyəcəklər. Eyni zamanda, onlar heç vaxt səmimi şəkildə bir yerdə ola, vahid fikrə gələ bilməyəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00