ABŞ səfirlikləri 1 həftə də bağlı olacaq
Müsəlman ölkələrindəki təhlükəsizlik tədbirinin müddəti uzadılıb
5 Avqust 2013 19:12 SiyasətAmerika Birləşmiş Ştatlarının Dövlət Departmaneti Yaxın Şərq və Şimali Afrika ölkələrində yerləşən 19 səfirlik və konsulluğun avqustun 10-dək bağlı qalacağını bildirib.
Bundan əvvəl ölkənin 21 diplomatik missiyasının avqustun 5-dək bağlı qalacağı bildirilirdi. Bu gün bu missiyalardan ikisinin, Kabil və Bağdaddakı səfirliklərin fəaliyyətinin bərpa olunacağı bildirilib. Bunlardan əlavə, Böyük Britaniya, Almaniya və Fransanın Yəməndəki səfirlikləri bu gün bağlı qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00