Elmar Məmmədyarov BMT-də çıxış edəcək
Elmar Məmmədyarovun Nyu-Yorka səfəri başlayıb
5 Avqust 2013 19:01 SiyasətAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq" mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir. Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.
Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00