Azərbaycanda keçiriləcək prezident seçkisi gününə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq

Azərbaycanda keçiriləcək prezident seçkisi gününə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən iclasında təsdiq olunan Təqvim Planında qeyd olunub.
Qurumun katibi Arifə Muxtarova bildirib ki, seçki günü ilə bağlı qərar dərc olunduğu gündən etibarən prezidentliyə namizədliyin irəli sürülməsinə başlanılır və vətəndaş namizədliyini irəli sürüb imza vərəqələrini götürmək üçün MSK-ya müraciət etmək hüququna malikdir.
Qeyd edək ki, MSK bu gün keçirilən iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00