“Müxalifəti Putindən asılı vəziyyətə düşüb” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Putin istəsə vətəndaşlıq məsələsinin həllini ləngidə bilər”

"Çox gözəl bilirik ki, məhz Rusiya Federasiyasında bu insanları idarə edirlər və maliyyələşdirirlər. Bu insanlar konkret məqsədlə, Azərbaycanda siyasi sabitliyi pozmaq üçün ortaya atılıblar. Amma bilməliyik ki, Azərbaycanın siyasi sabitliyi Gürcüstanın da siyasi sabitliyini şərtləndirir". Gürcüstan prezidenti Mixail Saakaşvili Milli Şuranın Tiflisdə keçirilən toplantısına münasibət bildirərkən belə deyib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirdi ki, Mixail Saakaşvilinin Milli Şuranın fəaliyyətinə münasibət bildirməsi normal hal deyil. Bu Azərbaycanın daxili məsələlərinə qarışmaq deməkdir. Azərbaycan rəsmiləri, jurnalistləri Gürcüstanın daxili işlərinə qarışmırlar, gürcü rəsmilər də eyni addımı atmalıdırlar. Azərbaycan politoloqları, vətəndaşları, jurnalistləri bu barədə müxtəlif mülahizələr yürütmək hüququna malikdirlər. Elxan Şahinoğlu hesab edir ki, Milli Şuranın idarə olunmasında birmənalı şəkildə Kremlin əlinin olması iddiası düzgün deyil. Azərbaycanın klassik müxalifəti Rusiya ilə əlbir işləmir: "Amma artıq Milli Şuranın vahid namizədinin təyin olunması məsələsi Rusiya prezidenti Vladimir Putindən asılı vəziyyətə düşüb. Yəni ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesi tamamilə Kremldən asılıdır. Bu da Azərbaycan müxalifətini Putindən asılı vəziyyətə salıb. Putin istəsə vətəndaşlıq məsələsinin həllini ləngidə bilər. Kreml İbrahimbəyovun vətəndaşlıq problemini həll etməsə seçkiqabağı müxalifət pis vəziyyətə düşəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00