Daşqın Gülməmmədov: “Borçalıda seçkiləri saxtalaşdırmağa cəhdlər ola bilər”
1 Avqust 2013 18:19 SiyasətGürcüstan prezidentliyinə namizəd azərbaycanlı Daşqın Gülməmmədov prezident seçkiləri ərəfəsi Borçalıdakı vəziyyətlə bağlı görə, bildirib ki, seçkiləri saxtalaşdırmağa cəhdlər ola bilər. Onun sözlərinə görə, Səsvermə zamanı saxtalaşdırmaların baş nazir Bidzina İvanişvilinin namizədinin xeyrinə aparılacağı planlaşdırılır. Gürcüstan Mərkəzi Seçki Komissiyasının bu gizli planlardan xəbərsizdir. B.İvanişvilinin rəhbərlik etdiyi "Gürcü Arzusu" Koalisiyasına daxil olan yerli türk (azərbaycanlı) məmurlar mərkəzi hakimiyyət qarşısında özlərini göstərmək üçün xüsusi "seçki saxtalaşdırılması planı" hazırlayıblar: "Məqsəd baş nazir İvanişvilinin namizədinə Borçalıdan və Kaxetidən 80 faiz səs qazandırmaqdır. Mən bu barədə dəqiqləşdirmə aparmışam və məlum oldu ki, bu gizli plan haqqında Baş nazir B.İvanişvilinin məlumatı yoxdur. Gürcüstanda prezident semkiləri ədalətli keçirilməlidir. İnzibati resurslardan heç bir halda istifadə edlməməlidir. Bu əksinə yenidən siyasi xaosa gətirib çıxaracaq". ("OLAYLAR" İA)