Yaşıllar və Ədalətin vahid namizədi olacaq
1 Avqust 2013 16:43 SiyasətAzərbaycan Yaşıllar Partiyası və Ədalət Partiyasının daxil olduğu "Vətən" bloku prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Bu barədə məlumatı "OLAYLAR"-a Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev verib. Bildirib ki, sözügedən blokun vahid namizədinin kimliyi Ədalət Partiyasının qurultayında bəlli olacaq: "Avqust ayının ortalarında Ədalət Partiyasının növbəti qurultayı olacaq. Qurultayda sözügedən partiyanın prezident seçkilərində hansı formada iştirak məsələsi həll ediləcək. Məhz bundan sonra "Vətən" blokunun prezident seçkilərində hansı formada iştirakı haqqında danışmaq olar. Yəni Ədalət və Yaşıllar Partiyasının vahid namizədi olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00