“Kreml deportasiya olunmuş azərbaycanlılar arasında ölkəyə təxribatçı qruplar göndərir”
Ərəstun Oruclu: “Rusiyada miqrantlara qarşı baş verənləri artıq bu planın ilk işartıları kimi anlamaq olar”
1 Avqust 2013 12:57 Siyasət"Moskva polisinin bazarlarda keçirdiyi əməliyyatların ticarətçilərin etnik mənsubiyyəti heç bir rol oynamır". Rusiya prezidenti Vladimir Putin Moskva bazarlarında polisin keçirdiyi "təmizləmə" əmliyyatına münasibət bildirərəkən belə deyib. Politoloq Ərəstun Oruclu bu barədə məlumatın "Şərq-Qərb" Araşdırmalar Mərkəzinə hələ hələ bir ay əvvəl daxil olduğunu bildirdi. Ə.Oruclu qeyd etdi ki, həmin vaxt ölkədə qorxu yaratmamaq və məsələni dərindən təhlil etmək məqsədilə məsələni ictimailəşdirməyiblər: "Beləliklə, bizə daxil olan məlumatda Rusiyanın bəzi siyasi dairələrində Azərbaycanda daxili qarşıdurma yaratmaq planı hazırlandığı iddia olunurdu. Planın qısa məzmunu bundan ibarətdir: radikal-şovinist dairələrin təhrikilə "skinhed" və digər millətçi qruplar Rusiyada azərbaycanlılara qarşı kütləvi hücumlar təşkil edirlər. Bundan sonra, azərbaycanlıları hücumlardan "qorumaq" məqsədilə onların Rusiyada miqrant statusu olmayan hissəsinin Azərbaycana deportasiyasına başlanılır. Deportasiya olunan azərbaycanlıların arasında xüsusi təxribatlar üzrə təlim görmüş qruplar da göndərilir ki, onlar da ölkədə kütləvi pozuculuq fəaliyyətinə başlayırlar. İndi Rusiyada miqrantlara qarşı baş verənləri artıq bu planın ilk işartıları kimi anlamaq olar. Məsələ çox ciddidir, ona görə də aidiyyatı orqanlar problemi nəzarətə götürməlidirlər". ("OLAYLAR" İA)