Vladimir Putinin Bakı səfəri erməniləri narahat edib

Rusiya dövlət başçısının Ermənistana bir necə dəfə səfəri haqqında elan verilsə də, hələdə bu baş tutmayıb

Ermənistanda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərindən çox narahatdırlar. Çaşqınlıq - qaz, elektrik və nəqliyyat tariflərinin qalxmasından sonra meydana çıxan kütləvi etirazlardan sonra hakimiyyətin bu günkü vəziyyətini məhz belə xarakterizə etmək olar. Hakimiyyətin əlinin altında yaranmış vəziyyətə necəsə təsir etmək üçün heç bir "rıçaq" yoxdur. Yüksək rütbəli bəzi məmurlar etiraz aksiyalarını antihökümət adlandırır, hətta onlar bütün bunların arxasında nəhəng geosiyasi qüvvələrin dayandığınıda iddia edirlər.

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfər edəcəyi xəbər isə odun üstünə yağ tökdü. Bu onun növbəti prezidentlik müddətində Azərbaycana ilk səfəri olacaq. Bununla belə, Rusiya dövlət başçısının Ermənistana bir necə dəfə səfəri haqqında elan verilsə də, hələdə bu baş tutmayıb. Avropa Şurası və Ermənistanın azad ticarət zonasının razılaşdırılması haqqında danışıqların başa çatmasını elan etdikdən sonra çətin ki, səfər baş tutsun. Ermənistanın AŞ ölkələrinə ərik və konyakdan başqa nə təklif edəcəyini demək çətindir.
Ona görədə eksperlər hesab edirlər ki, bu razılaşma iqtisadiyyatdan çox, siyasi xarakter daşıyır və Rusiyaya qarşı yönəlib.

Bir müddət öncə Rusiyanın Azərbaycana böyük partiya silah silah satışı, indi isə Putinin Bakıya səfəri erməniləri ciddi sürətdə əsəbiləşdirib. Bu ölkənin politoloqları hesab edirlər ki, Putin azərbaycanın paytaxtına prezident seçkiləri ərəfəsində dövlət başçısı İlham Əliyevi dəstəkləmək üçün gedir. Və bundan sonra yaxın vaxt ərzində çətin ki, Ermənistana səfər etsin.

Bundan əlavə İrəvanda bəzi ekspertlər şimal qonşusunun Ermənistana hansısa satqın münasibəti barədəd danışırlar.

Bir şey aydındır ki, iqtisadi çətinliklərər görə, yaranmış partlayış təhlükəsi olan vəziyyət, hakimiyyətin yüksək eşalonunun adının hallandığı səs küylü maliyyə qalmaqalları, eləcədə Rusiya ilə Ermənistan münasibətlərindəki çat bu yoxsul Cənubi Qafqaz ölkəsi üçün yaxın gələcəkdə heçnə yaxşı şey vəd etmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00