“Suriya-Türkiyə sərhədlərini kürdlər qarışdırır” - Elxan Mehdiyev

“Suriya kürdləri isə Türkiyə sərhədini tam nəzarəti altına keçirməyə çalışır”

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyət və Türkiyə-Suriya sərhədində gərginliyin artması ilə bağlı təcili iclas keçirib. İclasda ədliyyə naziri Sadullah Ergin, daxili işlər naziri Müəmmər Gülər, xarici işlər naziri Əhməd Davudoğlu, müdafiə naziri İsmət Yılmaz, Baş Qərargah rəisi Necdet Özer və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər. Siyasi analitiklər son zamanlarda Suriya-Türkiyə sərhədində baş verən gərginliklərin Türkiyəyə qarşı təxribat addımı kimi xarakterizə edirlər. məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev hesab edir ki, artıq Suriyadakı vətəndaş müharibəsi Əsəd rejimilə kürd qruplaşmaları arasındakı mübarizəyə çevrilib. Həmin müharibədə baş verən hadisələr Türkiyə ərazisinə də təsir edir. E.Mehdiyev qeyd etdi ki, mütəmadi şəkildə kürd qruplaşmaları Suriya tərəfindən Türkiyə ərazisinə atəş açırlar: "Məsələnin açıq izahatı belədir. Bu da Türkiyə tərəfin haqlı narazılığına səbəb olur və eyni şəkildə türkləri qarşı tərəfə cavab verməyə məcbur edir. Suriya kürdləri isə Türkiyə sərhədini tam nəzarəti altına keçirməyə çalışır. Həmin qruplaşmalar Suriya-Türkiyə sərhədləri boyu səpələniblər. Artıq kürdlər Türkiyə sərhədində "dövlət" yaratdıqlarını elan ediblər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00