“Ermənistanın Qərbə söz verməsi Putini Azərbaycana gətirir” - FİKİR

Əliməmməd Nuriyev: “Azərbaycanın Rusiya üçün əhəmiyyəti daha da artır”

"Hazırda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan rəsmi səfərinə hazırlıq işləri gedir". Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Azərbaycan mətbuatına açıqlamasında belə deyib. D. Peskov səfərin dəqiq tarixinin yaxın vaxtlarda elan ediləcəyini bildirib. Məsələyə münasibət bildirən politoloq Əliməmməd Nuriyev hesab edir ki, Rusiya Azərbaycanın ən böyük əməkdaşlıq etdiyi ölkələrdən birdir. İki ölkə 71 il bir bayrağın altında yaşayıb, bu baxımdan ümumi mədəniyyətə, ortaq dəyərlərə, iqtisadi və siyasi əlaqələrə sahib olmaqlarına görə Rusiya-Azərbaycan əlaqələrinin daim inkişaf edirilməsi zəruri məsələlərdən biridir. Ə.Nuriyev qeyd etdi ki, ticarət dövriyyəsinə görə Rusiya Azərbaycanın ikinci ən böyük portnyorlarından biri sayılır. Eyni zamanda Federasiyada çoxlu sayda azərbaycanlılar yaşayır. Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə əlavə stimul verəcək. Politoloqun sözlərinə görə səfər çərçivəsində iqtisadi və digər sahələrin inkişaf etdirilməsi barədə müqavilələr imzalanacaq. Digər tərəfdən Cənubi Qafqaz Rusiya üçün geostrateji əhəmiyyətli regiondur. Rusiyanın geosiyasi maraqlarının təmin olunmasında Qafqaz xüsusi rol oynayır. Ə.Nuriyev bildirdi ki, bölgə iqtisadiyyatının 80%-i isə təkcə Azərbaycanın payına düşür və Azərbaycan regionda söz sahibi olan dövlətdir. Rusiya Cənubi Qafqazdakı fəaliyyətini genişləndirmək istəyirsə, ilk növbədə Azərbaycanla razılaşmalıdır: "Səfər çərçivəsində bu amil də əsas danışıq predimeti olacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici tərəf olması məsələsinə görə Putinin Bakı səfərində bu məsələdə gündəmdə olacaq. Digər tərəfdən Yaxın Orta Şərqdə çox ciddi proseslər müşahidə olunur. Həmin hadisələr Rusiyanın təsir dairəsində baş verir. Regional təhlükəsizliyin təmin edilməsilə bağlı da məsələlərdə Azərbaycan əsas dövlətlərdən biridir. Səfər çərçivəsində regional təhlükəsizlik məsələsi də ciddi müzakirə mövzusu olacaq. Həmçinin siyasi, iqtisadi, hərbi və Rusiya-Azərbaycan əlaqələrinin bütün sahələr üzrə inkiaş etdirilməsi mövzuları da danışıqlar predimeti ola bilər. Putinin Azərbaycan səfərində çox müxtəlif istiqamətli müzakirələr aparılacaq. Vladimir Putin Rusiyada yeni prezdent seçiləndən sonra Cənubi Qafqaza ilk səfəri olacaq. Digər tərəfdən Rusiyanın Cənub sərhədlərində - Şimali Qafqazda çox ciddi proseslər cərəyan edir. Həmin hadisələr də müzakirə ola bilər. Bunu nəzərə alan Rusiya Azərbaycana iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi təklifini də irəli sürə bilər. Çünki, iqtisadi əlaqələr nə qədər yaxşı təmin olunsa, Şimali Qafqazda baş verən hadisələr bir o qədər yaxşı təmin olunacaq. Şimali Qafqazda yaşayan millətlərin əsas probelmlərindən biri məhz iqtisadi amillərlə bağlıdır. Bir tərəfdən də Azərbaycanla yaxşı qurulmuş əlaqələr regiondakı separatçı qüvvələrin azalmasına gətirib çıxaracaq. Hər halda bu və ya digər məsələr barədə ikitərəfli qərarlar qəbul ediləcək. Bu baxımdan Putinin səfərinin əhəmiyyəti Azərbaycan və Rusiya üçün olduqca böyükdür. Digər tərəfdən Ermənistan Rusiyanın regionda əsas forpostu olmasına baxmayaraq Sərkisyan hakimiyyəti Avropa İttifaqına inteqrasiya edəcəyi barədə Qərbə dolayı yollarla söz verir. Qeyd edilən amillər Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasına zəmin yarada bilər. Belə olan halda Azərbaycanın Rusiya üçün əhəmiyyəti daha da artır. Buna görə də Rusiyanın Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycanla hesablaşması məntiqə uyğundur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00