Filipp Lefortun Azərbaycana səfərinin proqramı açıqlandı

Avropa Birliyinin xüsusi nümayəndəsi Bakıda prezident, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcək

Avropa Birliyinin xüsusi nümayəndəsi Filipp Lefortun Azərbaycana səfər proqramı acıqlanıb. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya bildirilib ki, 26 iyul tarixində baş tutacaq səfər çərçivəsində Filipp Lefort Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək. Səfər zamanı digər görüşlər də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00