Müxalifət AB-yə müraciət göndərəcək
24 İyul 2013 16:14 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının qərargahında Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirilib. Qurumdan "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki mövcud ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə edilib. İclasda aparılan müzakirələr nəticəsində Avropa Parlamentinin Azərabaycanın seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarılması ilə bağlı yayılan məlumatlara və onların səbəblərinə aydınlıq gətirmək məqsədilə Demokratik Qüvvələr Birliyinin Avropa Birliyinə müraciət göndərməsi qərara alınıb. Həmçinin təşkilat Azərbaycanın demokratik qüvvələrinin birliyini və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirakını müsbət qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00