Nazarbayev Bakıya gəlir
Qazaxıstan prezidentinin Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir
23 İyul 2013 17:26 SiyasətQazaxıstan Prezidenti Nursultan Nazarbayevin avqustun ikinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib. Onun sözlərinə görə, Nazarbayev türkdilli ölkələrin növbəti sammitində iştirak edəcək.
Həşimov bildirib ki, sammit çərçivəsində Nazarbayevin Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir: "Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi məsələləri müzakirə ediləcək".
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III sammiti avqustun ortalarında Bakıda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00