“Müxalifətin seçkilərdəki uğursuzluğunun mərkəzində Milli Şura dayanacaq” - AÇIQLAMA
Fazil Mustafa: “Yəqin ki, Milli Şuraya daxil olan bəzi partiyalar məsələni ölçüb biçəndən sonra bu addımı atıb”
23 İyul 2013 16:29 SiyasətKinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyininin qeydə alınması ilə bağlı kifayət qədər problemləri var. İbrahimbəyovun seçkidə namizəd kimi işirakının təmin ediləcəyi təqdirdə Azərbaycan Konstitusiyasının 4 maddəsi pozulmuş olacaq. Lakin hüquq mühafizə orqanlarından mətbuata verilən açıqlamaya görə Rüstəm İbrahimbəyov üzərində olan vergi cinayətinə görə Azərbaycana qayıdacağı təqdirdə dərhal həbs olunacaq. Bütün bunlara baxmayaraq Milli Şuraya daxil olan partiyalar İbrahimbəyovun namizədliyini təkidlə dəstəkləyirlər. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə mövcud problemləri nəzərə almayaraq Milli Şuranın Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində təkidlə dayanması onu göstərir ki, qurum "ağıllı siyasətçilər"dən təşkil olunub: "Hüquq mühafizə orqanları da İbrahimbəyovun namizədliyinin qeydə alınmasının qarşısında kifayət qədər problemin olduğunu bildirirlər. Bütün bunları nəzərə almayaraq Milli Şuranın İbrahimbəyovun namizədliyini dəstəkləyəcək bəyanatların səsləndirməsi müəmmalıdır. Kinorejissorun namizədliyi qeydə alınmayacağı təqdirdə Milli Şuranın bütün çalışmalarının hamısı məhv olacaq. Belə olan halda seçkilərdə əvvəlcədən atılmış taktiki addımlar müxalifətin uğursuzluğuna səbəb olacaq. Yəqin ki, Milli Şuraya daxil olan bəzi partiyalar məsələni ölçüb biçəndən sonra bu addımı atıb". ("OLAYLAR" İA)