Qırğızıstandakı azərbaycanlılar İlham Əliyevi dəstəkləyəcək

"Qırğızıstanda yaşayan azərbaycanlıların prezident seçkiləri ilə bağlı mövqeyi birmənalıdır". Belə bir açıqlama ilə çıxış edən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov  "OLAYLAR"-a deyib ki, soydaşlarımız toplantı keçirərək Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsinin tərəfdarı olduqlarını ifadə ediblər: "Biz də hesab edirik ki, bu gün cənab prezident İlham Əliyevi dəyişdirmək olmaz. Çünki ona alternativ yoxdur. Bizim əsas fikrimiz və mövqeyimiz ondan ibarətdir ki, Orta Asiya regionunda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində İlham Əliyevi dəstəkləsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00