Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğın törədirlər

Ermənilər işğal altında olan ərazilərimizdə yenidən yanğın törədirlər. Trend EL TV-yə istinadən xəbər verir ki, Ermənistan hərbi birləşmələri işğal etdikləri Azərbaycan ərazilərində yenidən yanğın törətməyə başlayıb. İyulun 21-i axşam saatlarından başlayaraq Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi ərazisində alov müşahidə edilib. Alov tədricən geniş bir ərazini əhatə edib.
Yanğın səhər saatlarına qədər davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00