“Borçalı” İctimai Birliyi bəyanat yayıb

Zəlimxan Məmmədli: “Cəmiyyət hər iki dövlətin ana yasasina, ərazi bütövlüyü və demokratik inkişafina maraqlidir”

"Borçalı" İctimai Birliyi iyulun 26-da keçiriləcək "Borçalı türklərinin Elat mədəniyyəti günü" yaylaq festivali ərəfəsində bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, "Borçali"cəmiyyəti öz fəaliyyətində hər zaman şəffaf olmaqla, Azərbaycan və Gürcüstan arasinda bütün sahələrdə dostluğun daha da dərinləşməsinə, hər iki xalq, din və mədəniyyətlər arası qarşılıqlı etimad mühitinin daha da sarsılmaz olmasına nail olmaq əsas hədəflərimizdəndir. Eyni zamanda etnik separatizmin kökünün bu regiondan yox olması istiqamətində fəaliyyətimiz ardıcıldır: "Cəmiyyət hər iki dövlətin ana yasasına, ərazi bütövlüyü və demokratik inkişafına maraqlıdır. Azərbaycan və Gürcüstanın daxili siyasətinə müdaxilə etməmişik, bundan sonra da etmək niyyətində deyilik. Son zamanlar bəzi dairələr Elat bayramında guya hansısa siyasi oyunlar quracağımız haqqında əsassız dezinformasiyalar yaymaqdadırlar, ictimai rəyi çaşdirmağa cəhdlər edirlər". İB sədri Zəlimxan Məmmədli bəyan edib ki, bu tədbir Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji müttəfiqliyin güclənməsinə, xalqlar arası daha səmimi münasibətlərin qurulmasına, soydaşlarımızın Gürcüstan cəmiyyətinə qarşılıqlı inteqrasiya prosesinə ictimai dəstəyi artıracaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00