“Hərbi parad Azərbaycan ordusunun qüdrətini göstərdi”

"Son bir il ərzində anti-Azərbaycan, ermənipərəst və ölkəmizin uğurlu inkişafını qəbul edə bilməyən qüvvələr fəaliyyətlərini gücləndiriblər və bu, təbiidir. Çünki ölkənin müstəqil siyasəti, daxildəki sabitlik və xoş əhval-ruhiyyə heç də onları qane edə bilməz. Ona görə də Avropa Birliyinə səfər xüsusi əhəmiyyət daşıyır". Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.Prezident deyib ki, ötən müddətdə beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük diqqət yetirilib. Dövlət başçısı bu səfərin müsbət nəticələrindən, səfərlər zamanı bir çox məsələlərin müzakirəsi üçün yaxşı imkanın yarandığını nəzərə çatdırıb: "Ötən ay Bakıda keçirilən hərbi parad ordu quruculuğunda görülən işlərin hesabatı olmaqla yanaşı, Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00