Daşqın Gülməmmədov: “Prezident seçiləcəyim təqdirdə Gürcüstanın ərazi bütövlüyünü bərpa edəcəm”

“Mən prezident seçkilərində iştirak etməyi düşünürəm. Gürcü xalqı məni prezident seçərsə, ölkənin ərazi bütövlüyünü bərpa edəcəm”.

Belə bir açıqlama ilə Gürcüstanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Daşqın Gülməmmədov deyib. Onun sözlərinə görə, tarix təkrar olacaq: "12-ci əsrdə məni əcdadlarım qıpçaqlar çar Davidə Gürcüstan çarlığını birləşdirməyə kömək edib. Rezident seçiləcəyim təqdirdə, Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibinə qaytarılacaq. Mən onlara ölkənin Konstitusiyası və Gürcüstanın milli suvereniteti çərçivəsində milli müqəddaratını təyin etməyə şərait yaradacam. Qonşu Rusiya ilə isə dostluq münasibətləri bərpa ediləcək" ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00