Əli Əhmədovdan növbəti açıqlama

“Xalqımız növbəti beş ildə də bu siyasətin cənab İlham Əliyev timsalında davam etməsini istəyir”

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiyanın Şəki şəhər təşkilatının fəalları ilə görüş keçirib. "OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, görüşdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov oktyabr ayında ölkəmizdə əlamətdar siyasi hadisənin baş verəcəyini bildirib. Əli Əhmədov vurğulayıb ki, partiyamızın prezident seçkilərində namizədi cənab İlham Əliyevdir. Onun sözlərinə görə, YAP-ın Sədri İlham Əliyevin dövlət başçısı kimi 2003-cü ildən etibarən gördüyü işlər, həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. "Çünki bu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, Azərbaycanın beynəlxalq nüfuzu artıb. Eyni zamanda, ölkəmiz sürətlə müasirləşir, modernləşir. Ona görə də, xalqımız növbəti beş ildə də bu siyasətin cənab İlham Əliyev timsalında davam etməsini istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00