Prezidentə müraciət ünvanlanacaq

Beynəlxalq Diaspora Mərkəzi prezident İlham Əliyevə müraciət göndərəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən mərkəzin sədr müavini Samir Adıgözəlli bildirib ki, müraciətdə dövlət başçısından 15 sentyabr Bakının işğaldan azad olunması tarixinin rəsmiləşdirilməsi, Nuru Paşaya və ya Qafqaz İslam Ordusuna paytaxtın mərkəzi meydanlarından birində abidənin qoyulması xahiş ediləcək: "Biz BDM olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü geniş şəkildə qeyd etməyi düşünürük. Bu məqsədlə yaxın günlərdə BDM-də Təşkilat Komitəsi yaradılacaq və yubiley tədbirləri ilə bağlı tədbirlər proqramı hazırlanacaq". Samir Adıgözəlli deyib ki, Beynəlxalq Diaspora Mərkəzinin təşkil edəcəyi tədbirlərdə Türkiyədən də nümayəndə heyəti iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00