“Bir çox ölkədə oxşar hadisələr baş verə bilər”
17 İyul 2013 18:01 SiyasətAzərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə keçirdiyi mətbuat konfransında Misirdə baş verən hadisələrə də toxunub. Misirin Türkiyənin yaxın dostlarından olduğunu bildirən Davudoğlu burada baş verən hadisələrin regiona təsri edəcək gücdə olduğunu müsbət hadisələrin regionun inkişafına təkan verdiyini, mənfi hadisələrin isə regiounun sabitliyinə zərbə vurduğunu deyib.
Türkiyə-Misir əlaqələrinin bundan sonrakı mərhələsini də dəyərləndirən Əhməd Davudoğlu iki ölkə arasında köklü və tarixi əlaqələr olduğunu və bu əlaqələrin daha da irəliləməsi üçün Türkiyənin güclü bir iradə ortaya qoyduğunu bildirib.
Misir inqilabından sonra orada güclü bir mexanizm qurduqlarını dilə gətirən Türkiyənin xarici işlər naziri "Misir iqtisadiyyatına yardım olaraq 2 milyard dollar kredit verdik. Türkiyə - Misir əlaqələri heç zaman kəsilməz. Vacib olan xalqın iradəsi ilə hakimiyyətə gəlmiş iqtidarın yenidən hakimiyyəti ələ almasıdır. Əks təqdirdə bir çox ölkədə oxşar hadisələr baş verə bilər" deyə fikirlərini iafdə edib.