Araz çayı üzərində körpü tikilir - Zəngəzur dəhlizi ilə bağlı

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Zəngilandan Naxçıvana alternativ yolu olacaq.

"Azərbaycan çox müstəqil siyasət həyata keçirən bir dövlətdir. Milli maraqlarımızı istənilən halda irəliyə aparacağıq, - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31