MDB dövlət başçılarının iclası növbəti dəfə əsl reallığı və fərqi ortaya qoydu - ÖZƏL

MDB dövlət başçılarının iclası növbəti dəfə əsl reallığı və fərqi ortaya qoydu. "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edib. Millət vəkili bildirib ki, ölkə rəhbərlərinin sammitdəki mövqeyi, çıxışı, davranışı fonunda bunu aydın görmək mümkün idi: "Bir tərəfdə qətiyyətli, prinsipial, uzaqgörən, müdrik, siyasətinə dünyanın həsəd apardığı, ədalətli və humanist, hər bir Azərbaycanlının dünya qarşısında fəxri, ölkəsinin maraqlarını hər şeydən üstün tutan, sözü ilə əməli bir olan cənab İlham Əliyev, digər tərəfdə isə qorxaq, həyacanlı, öz ölkəsini dünyada biabır edən, şəxsi maraqları naminə Ermənistanı uçuruma aparan, "maşa" dövlət olan Ermənistana rəhbərlik edən, öz imzasına hörmət etməyən Nikol Paşinyan dayanırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31