Fransa regionda yeni müharibə ocağı yaratmağa çalışır - ÖZƏL

"Fransanın ciddi -cəhdlə Cənubi Qafqaza gəlmək istəyinin arxasında burada sabitlik və sülh yaratmaq deyil, yenidən qarşıdurma, müharibəyə rəvac verməkdir. Ona görə də ciddi -cəhdlə Parisin regiona təsir imkanları minimuma endirilməli, belə bir təhlükənin qarşısı alınmalıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupun yaydığı açıqlamada qeyd edilir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər və torpaqlarımızın işğaldan azad edilməsi reallığını heç bir halda Fransa qəbul etmək istəmir və ciddi cəhdlə bölgədə yenidən qarşıdurmanın yaranması, silahların işə düşməsinə səy göstərir: "Çünki Azərbaycan öz ərazilərini işğaldan azad etməklə Frnasanın Qarabağda qeyri-qanuni olaraq həyata keçirdiyi biznes layihələrinə ciddi ziyan vurdu, nəticədə Fransa şirkətləri milyonlarla dollar məbləğində ziyana düşdülər. Həm bu amil, həm də ermənilərə olan hədsiz sevgidən dolayı Fransanı Ermənistana siyasi və hərbi dəstək verməklə bölgədə yeni bir hərbi münaqişənin meydana gəlməsinə çalışır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi Qərb ölkələri də Parisin bu məkirli planı, Qafqazda yeni müharibə ocağı yaratmaq istəyinə şərikdirlər".

Analitik Qrup hesab edir ki, Parisin, eləcə də ona dəstək verən bəzi beynəlxalq güclərin Qafqazda yeni müharibə ocağı yaratmaq istəyi daha çox Ermənistanın maraqlarına zidd olacaq və hər hansı bir müharibə bu ölkənin tamamilə xəritədən silinməsi ilə nəticələnəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31