Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanmasına başlanıldı
26 Dekabr 2022 18:54 SiyasətPrezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Züfiqar söyləyib.
Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib: "İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31