"Bu qonşu dövlətlərə də ciddi bir mesaj idi" - ÖZƏL

Cənab prezident İlham Əliyev 24 dekabrda, yəni öz doğum günündə Qərbi Azərbaycan icmasının ziyalıları ilə görüşdü və həmin görüşdə bir neçə xüsusi məqama toxundu".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Düşünürəm ki, bu məqamların özü olduqca konseptual xarakter daşıyır və bunun gələcəkdə Azərbaycan tarixi strategiyası üçün, eyni zamanda, 1988-ci ilə qədər, yəni, 1905-dən başlayaraq 1988-ci ilə qədər Qərbi Azərbaycandan zorla deportasiya edilmiş şəxslərin həmin yuvalarına qayıtması üçün xüsusi önəm daşıyır. Bəli, ölkə başçısı orda bir neçə məqama xüsusi ilə diqqət yetirdi və orada bəzi ərazilərin sovet höküməti dövründə, hətta bəzi xalq cümhuriyyəti dövründə ermənilərə peşkəş çəkilməsi verilməsinin bir xəyanət olduğunu qeyd etdi. 

Cənab prezident tərəfindən qeyd olunan digər önəmli bir məsələ isə, orda məhz hətta, özündən güclü olsa belə, sən axıra qədər dirənc göstərməlisin tipli bir cümlənin işlədilməsi idi. Düşünürəm ki, bu əslində bir mesajdır, həm qonşu dövlətlərə, həm Rusiya, həm İrana, həm də digər böyük güclərə ki, yəni, biz kiçik dövlət olsaq da, amma, bizim dirəncimiz bizə kifayət edir ki, biz özümüzü qoruyaq. 

Düşünürəm ki, Qərbi Azərbaycan icması ilə görüşməsi, ona yeni binanın verilməsi, onun belə dəyərli qəbul edilməsi, əslində beynalxalq arenada həm də onun haqq səsinin dünyaya çatırılmasına imkan yaradacaq. Yəni, Qərbi Azərbaycan icması böyük bir icmadır və demək olar ki, onun əhatəsində olan insanlar hər sahə üzrə ziyalı təbəqə çoxdur. Həm həkim, həm müəllim, həm elm adamı, həm siyasətçilər həm hərbiçilər, həm polis, yəni, bütün ölkənin əsas strukturlarında bu Qərbi Azərbaycan icması, yəni, Qərbi Azərbaycan kökənli insanlar və onların fəaliyyəti var. Bu o deməkdir ki, ölkənin idarə edilməsində onların xüsusi çəkisi var. Digət bölgələrin vətandaşları kimi onların da xüsusi çəkisi var. O baxımdan hesab edirəm ki, Qərbi Azərbaycanla bağlı keçirilən tədbir, yəni, ölkə başçısının orada iştirak etməsi və ordan verdiyi mesajlar  təkcə ölkə ictimaiyətinə deyil, həm də ölkə xaricinə ötürülən bir mesajdır. Özü də belə bir həssas dönəmdə və orada da məhz artıq 15 gün davam edən Şuşa-Xankəndi yolundakı Azərbaycan ekoaktivistlərinin etirazı ilə bağlı fikirlərin səsləndirilməsi və s. bunlar hər biri düşünürəm ki, xüsusi önəm daşıyır və Azərbaycanın gələcəyə baxımından önəmlidir.

Ümid edirəm ki, bu yaxın zamanlarda burada edilən çıxışların məntiqi nəticəsini tam şəkildə görmüş olacağıq və əlbəttə ki, görürük də.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31