“Prezidentin çıxışının hər bir cümləsi bizim gələcək fəaliyyətimizin yol xərirəsidir” - ÖZƏL

"Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan məsələsi bütün azərbaycanlıların ortaq problemidir. Necə ki, Müzəffər Ali Baş Kamandanlmız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Milli Ordumuzun qəhrəmanlığı, dövlətimizin gücü və xalqımızın milli birliyi ilə Qarabağ işğaldan azad edildi, elə həmin ruh və birliklə də Qərbi Azərbaycan torpaqları üzərində itirilmiş hüquqlarımız bərpa olunacaqdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Qərbi Azərbaycan İcmasının üzvü Məlahət İbrahimqızı deyib. Bildirib ki, Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlaq çıxışının hər bir cümləsi bizim gələcək fəaliyyətimizin yol xərirəsidir: "Bu çıxış bütün xalqlmızın qarşısında duran müqəddəs məqsədlərə çatmaq üçün  yaxın, orta və uzaq məsafədə olan hədəflərdir. Hər birimizin üzərində böyük məsuliyyəti  var.  Allah bu yolda Azərbaycana yar və yardlmçı olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31