Biz bu münasibəti o vaxta qədər davam etdirəcəyik ki,- ÖZƏL

"Fransa prezidentinin yeni anti-Azərbaycan bəyənatı qəbuledilməzdir. Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev ilə Emmanuel Makron arasında telefon danışığı olub. Prezident  İlham Əliyev  Makrona qeyri-adekvat, birtərəfli mövqeyinin qəbul edilməz olduğunu bildirib.  Frankomaniya və Fransanın üzv olduğu digər təşkilatların Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması prosesinə əngəl çıxaran hərəkətləri qəbul edilməzdir.  Bununla bağlı Azərbaycanın mövqeyi bəllidir. Yeni bəyənata Azərbaycan xalqı, dövləti indiyə qədər digər qərəzli bəyənatlara göstərdiyi münasibəti göstərəcək. O vaxta qədər biz bu münasibəti o  vaxta  qədər  davam etdirəcəyik ki, Fransa öz yanlış mövqeyini düzəltsin, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında konsturiktiv rol alsın. O vaxta qədər bu gərginlik davam edəcək".

Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Oqtay Qasımov  Fransanın Cənubi Qafqaza və Qarabağa müdaxilə etmək üçün yeni vasitələr axtarmasını şərh edərkən deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31