Cənab prezidentin fikirləri həm erməni cəmiyyətində, həm də onların havadarları arasında ciddi panikaya səbəb olacaq - ÖZƏL
26 Dekabr 2022 13:10 Siyasət"Cənab Prezident İlham Əliyevin dekabrın 24-ü Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirlər mühüm siyasi və tarixi əhəmiyyəti özündə ehtiva edir. Hər kəsə məlumdur ki, 1813-1828 Gülüstan və Türkmənçay müqavilələri ilə Çar Rusiyası tərəfindən ermənilərin Qərbi Azərbaycan və Qarabağ ərazilərinə köçürülməsi başlanmış və bu proses mərhələli şəkildə davam etdirilmişdir. Ermənilərin necə bir psixalogiya və xislətə sahib olduğunu yaxşı bilən Rusiya, bununla çox illik Azərbaycan-Ermənistan münaqişəsinin əsasını qoymuş və süni şəkildə Cənubi Qafqazda münaqişə ocağı yaratmışdır".
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, görüş zamanı İrəvan və Qərbi Zəngəzurun hansı şəraitdə və şərtlərlə ölkəmizdən alınıb Ermənistana verilməsini vurğulayan dövlət başçımız xalqızın üzləşdiyi tarixi ədalətsizliklərlə barışmayacağımızı bildirdi: "Hesab edirəm ki, cənab prezidentin fikirləri həm erməni cəmiyyətində, həm də onların havadarları arasında ciddi panikaya səbəb olacaq. Çünki dövlət başçımız bu zamana qədər səsələndirdiyi bütün fikirləri icra etmiş və görüş zamanı səslənən fikirlər gələcək planların bir hissəsidir".
AVP rəsmisi deyib ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır və bunu sübut edəcək faktlar da kifayət qədərdir: "Uydurma faktlar və iddialarla ölkəmizə qarşı hər daim ərazi iddiası irəli sürən, Azərbaycan torpaqları hesabına böyük Ermənistan yaratmaq istəyən ermənilərdən fərqli olaraq XX əsrin əvvəllərindən başlayaraq 1991-ci ilin avqustuna qədər Qərbi Azərbaycandan məcburi şəkildə çıxarılan soydaşlarımızın öz toğma torpaqlarına qayıtması onların təməl haqqıdır. Fikriməcə Qərbi Azərbaycan İcmasının binasının açlışı bu istiqamətdə atılan ilk addımdır. Lakin bizlər bu istiqamətdə ciddi şəkildə çalışmalı və hər bir fərd olaraq səylərimizi artırmalıq. Çünki məsələyə geniş aspektdən baxdıqda görürük ki, istənilən məsələdə maraqları uzlaşmayan Qərb və Rusiya Azərbaycan-Ermənistan münasibətində ermənilərdən yana mövqe nümayış etdirir və uzlaşır. Bunun da kökündə bizlərin Türk və müsəlman olmağımızdır. Biz güclü olmalıyıq. Çünki bu istiqamətdə atacağamız addımlardan dolayı həmin qüvvələr tərəfindən ciddi təyziqlərə məruz qalacağıq. Ancaq əminəm ki, bizim birliyimiz Qarabağda olduğu kimi bu məsələdə də, həlledici rol oynayacaq".