Arzuman Muradlı-“Milli İnkişaf” İctimai Birliyi güclü komanda formalaşdırıb

"Milli İnkişaf" İctimai Birliyi cəmi 3 ay əvvəl təsis  olunmasına baxmayaraq ötən müddət ərzində güclü komanda formalaşdırıb, fəaliyyət istiqamətlərini konkretləşdirib, strukturunu təyin edib, bir neça iri layihələr irəli sürüb.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri İctimai Birliyin sədri Arzuman Muradlı rəhbərlik etdiyi təşkilatın 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı keçirdiyi tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib ki, "Milli İnkişaf" İctimai Birliyi Qarabagda Heydərabad şəhərinin tikilməsi ideyasını irəli sürüb: "Bu iri layihə üzərində ciddi işlər görüb - şəhərin yerləşdiyi məkanı təyin edib, tikinti layihəsini , şəhərin tikilməsi ardıcıllıgını, maliyyə mənbələrini, beynəlxalq, iqtisadi, siyasi, tarixi əhəmiyyətlini müəyyənləşdiriblər.  Həmçinin "Qarabagda Heydərabad Şəhəri" məlumat kitabçası yazılıb və çap edilib".

Tədbirdə Milli İnkişafçılar Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Komandan cənab İlham Əliyevi ad günü münasibəti ilə də təbrik ediblər.

Tədbirdə çıxış edən digər Birlik üzvləri öz ugurlu fəaliyyətlərindən danışıblar. Sonda Birliyin üzvü dəyərli professor Şəlalə Həsənovanın hazırladıgı Şuşa haqqında layihənin təqdimatı olub.

Təbdirdə Birliyin gələcək 2023- cü illə bağlı planları da müzakirə edilib. Tədbir bayram konserti ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31